Neftçalada Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayonunda 10 fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, evlərin təqdim edilməsindən öncə nazirliyik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi olub.
Tədbirdə DSMF sədri Zakir Babayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. İnzibatı binanın açılışından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayonunda 10 fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
Zakir Babayev çıxışında hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”. DSMF sədri müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də söz açıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
İstifadəyə verilən 10 fərdi yaşayış evindən 6-sı Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər