Trampın yüksək postlara gətirəcəyi şəxslər kimlərdir? - SİYAHI
ABŞ-da son prezident seçkilərinin qalibi Donald Trampın komandasında yüksək vəzifəyə gətiriləcək şəxslər məlum olub.
APA TV-nin "The Wall Street Journal"a istinadən məlumatına görə, siyahıda Nyu-Cersi və Arkanzas ştatlarının qubernatorları və Nyu-Yorkun keçmiş merinin də adı olduğu bildirilir.
Ölkənin baş prokuroru vəzifəsinə Nyu-Cersi ştatının qubernatoru Krisa Kristinin gətirilməsi ciddi müzakirə mövzusudur. O, Trampın ən etibarlı məsləhətçisi hesab olunur. Bu vəzifəyə həmçinin Arkanzas ştatının qubernatoru Asa Hatçinsonun da namizədliyi müzakirə mövzusudur.
Trampın administrasiyasının "nüvə"sini Nyu-Yorkun keçmiş meri Rudi Culianiyə etibar edəcəyi bildirilir. Bundan əlavə "özünü doğrultmuşlar" cərgəsində konqresin nümayəndələr palatasının eks-spikeri Nyut Qinqriç də var.
Bu iki şəxsin hansı vəzifəyə gətiriləcəyi hələ bəlli deyil. Amma səhiyyə naziri postunda Luizina qubernatoru Bobbi Cindl və ya Respublikaçılar partiyasının funksioneri Bena Karsonun təmsil olunacağı istisna deyil.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın bundan əvvəl Sakit Okean Hövzəsi Əməkdaşlığı Təşkilatına xitam verəcəyini və Azad Ticarət Zonasında əlaqələrin bərpa ediləcəyini bildirib.
Donald Trampın önəm verdiyi daha bir məsələ Meksika sərhədində nəzarətin ciddiləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimi 2017-ci ilin yanvarın 20-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər