ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir

ABŞ-da Donald Trampın qələbə qazanmasına etiraz edən minlərlə insan küçələrə çıxıb. APA TV-nin xəbərinə görə, etirazlar ABŞ-ın bir neçə şəhərində baş tutub.

 

Aksiya iştirakçıları "Trampa yox, Faşist ABŞ-a yox" və "Tramp mənim prezidentim deyil!" şüarları səsləndiriblər. Etirazçılar "Trump Tower"ə doğru yürüş ediblər. Polislər Trampın  hündürmərtəbəli binalarının qarşısına beton maneələr düzüb və təhlükəsizlik tədbirləri görüblər. Etirazçılar əsas yolları bağlayıblar.

 

Oakland, Kaliforniya, Portland və Oreqon ştatlarında etirazçılar Amerika bayrağını yandırıb.

 

Bu arada ABŞ prezidenti Barak Obama Donald Trampa zəng edərək qələbə münasibətilə təbrik edib və onu Ağ Evə dəvət edib. Ağ Ev sözçüsü Josh Earnest bu görüşün elə də asan olmayacağını bildirib. Yeni seçilən prezident bu gün Ağ Evə xanımı Melania ilə birlikdə gələcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR