Trampın kəşfiyyat sözçüsü: "Fətullah Gülən Türkiyənin Bin Ladenidir"
"ABŞ və Türkiyə arasındakı əsas problemin səbəbi, çoxunun baxdığı bir videoda görüldüyü kimi, keçmiş prezident Bill Klintonun "dostu" olaraq qeyd etdiyi, Pensilvaniyada yaşayan qaranlıq islami molla Fətullah Güləndir".
APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə sözçüsü Mayk Flayn "The Hill" nəşrinə yazdığı “Müttəfiqimiz Türkiyə böhrandadır və dəstəyimizə ehtiyacı var” başlıqlı məqalədə qeyd edib.
Təqaüddə olan general bildirir ki, Gülənin qlobal şəbəkəsi terror şəbəkəsinin təhlükəli yatan ocağı nümunəsinə uyğun gəlir: "Türkiyənin baxış bucağına görə, Vaşinqton Türkiyənin Üsamə bin Ladeninə himayədarlıq edir. Dünyanı Türkiyənin perspektivindən görməyə ehtiyacımız var. Bin Ladenin Türkiyədəki qəsəbədə gözəl bir villada yaşadığını eşitsək, nə edərdik? Fətullah Gülənə təhlükəsiz yaşayışı təmin etməməliyik. Bu böhranda həqiqi dostlarımızın kimlər olduğunu xatırlamaq bizim üçün çətindir".
Qeyd edək ki, Mayk Flayn 2012-2014-cü illərdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini yerinə yetirib. Tramp qələbə nitqində generala təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər