Ölkədə küləkli hava şəraiti başlayır

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 9-13 dərəcə isti, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında  hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR