"Kontakt" və "Evrolux"un anbarlarından oğurluq edənlər tutuldu

Bakıda anbardan oğurluq edən mütəşəkkil dəstə üzvləri tutulub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev yaxalanıb. Ondan 2 ədəd kondisioner və 1 ədəd tozsoran götürülüb.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyev, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Köçəri Piriyev və Saşa adlı şəxslə birgə törətməsi və anbardan təxminən 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlamaları da müəyyən edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR