Yunanıstanda hakimin evi yandırıldı, bütün futbol yarışları dayandırıldı
Yunanıstanda bütün futbol yarışları dayandırılıb. APA TV-nin məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.
Buna yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması səbəb olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.
Yunanıstanın “Panatinaikos”, “Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.
Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la “Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.
Qeyd edək ki, PAOK Avropa Liqasında “Qarabağ”la birgə J qrupunda mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
17:28
987
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
948
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
989
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2058
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2187
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2168