PKK Türkiyədə terror aktları törətdi: 5 şəhid
Türkiyənin iki vilayətində terror aktları törədilib, 5 nəfər şəhid olub, 3 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, Van vilayətinin Başkale qəsəbəsində PKK terrorçuları mülki mikroavtobusa hücum ediblər. Silahlı hücum nəticəsində 4 nəfər şəhid olub, 2 sərnişin isə xəsarət alıb. Valiliyin yaydığı məlumata görə, yaralılar xəstəxanada müalicə olunurlar. Terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
Yüksəkova vilayətinin Hisar dağı bölgəsində isə PKK terrorçularının top atəşi nəticəsində 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat başlayıb.
OXŞAR XƏBƏRLƏR
17:28
985
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
946
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
987
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2058
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2187
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2168