Klinton məğlubiyyətini etiraf etdi, tərəfdarlarından üzr istədi
Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton respublikaçı rəqibi Donald Trampa məğlub olduğunu etiraf edib.
O, Donald Trampı təbrik edib və yeni prezidentə əməkdaşlıq təklif edib. Hillari Klinton bunu Nyu-Yorkda tərəfdarları qarşısındakı çıxışında deyib. O, ümid etdiyini bildirib ki, Donald Tramp bütün amerikalılar üçün uğurlu prezident olacaq.
Hillari Klinton tərəfdarları qarşısında məğlubiyyətə görə üzr istəyib. O, bildirib ki, nə vaxtsa ABŞ-da qadın prezident olacaq.
Qeyd edək ki, Birləşmiş Ştatlarda noyabrın 8-də keçirilmiş prezident seçkilərində respublikaçı namizəd Donald Tramp qalib gəlib. O, yanvarın 20-də andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq.
OXŞAR XƏBƏRLƏR
17:28
985
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
946
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
987
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2058
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2187
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2168