Erməni hüquq müdafiəçisi: "Azərbaycan xalqından hər şeyə görə üzr istəyirəm"

"Dağlıq Qarabağda erməni və azərbaycanlı gənclərin ölməsi faciədir. Artıq münaqişənin sülh yolu ilə həllinin zamanı çatıb". APA TV-nin xəbərinə görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini Suzanna Çaqinyan bildirib.

 

Hüquq müdafiəçisi Qarabağ münaqişəsinin erməni xalqına, Qarabağ ermənilərinə ancaq faciə və göz yaşı gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, yalnız Serj Sarkisyan kimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər: "Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Nəhayət, bu münaqişəyə son qoyulmalıdır. Mən bilirəm ki, Ermənistan hakimiyyəti bu münaqişənin həllini istəmir. Serj Sarkisyana belə vəziyyət sərf edir. Serj Sarkisyan istefa verməlidir. Mənim bu gün burada olmağım Serj Sarkisyanın siyasəti ilə əlaqədardır. Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Serj Sarkisyan erməni xalqına qarşı soyqırım həyata keçirib".

 
S.Çaqinyan Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan rejiminə qarşı mübarizə aparan hər kəsin təzyiqlərlə üz-üzə qaldığını, hətta onun öldürülməsinə qərar verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanda insan hüquqlarının tapdanmasına qarşı mübarizə apardığına görə izlənirmiş: "Onlar məni terrorçuluqda belə günahlandırırdılar. Mən bu gün ölüyəm, Ermənistanı tərk etmişəm. Əgər onlar məni həbs edib, məni terrorçu kimi mühakimə etsəydilər, mən ölü olardım. Mən mütəxəssis kimi illərdir ki, ölkəmdə iş tapmamışam. Ermənistanda bütün xalq mənim kimi yaşayır. Hakimiyyət zəbt edilib. Mənim vətəndaşlıqdan imtina barədə Azərbaycan mətbuatında məktubum dərc olunandan sonra Serj Sarkisyan ölümüm barədə qərar vermişdi”.

 

Suzanna Çaqinyan Xocalı abidəsini ziyarət edəcəyini deyib. O, Ermənistanın Azərbaycana qarşı etdiyi bütün səhv addımlara görə Azərbaycan xalqından üzr istəyib.

 

Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan isə Sumqayıtda yaşayan erməni ailə görüşdüyünü və onların problemləri ilə maraqlandığını vurğulayıb. Bakı erməniləri görüşdə heç bir problemlə üzləşmədiklərini deyiblər.  Vaan Martirosyan Serj Sarkisyan rejiminin azərbaycanlılarla ermənilərin birgə yaşaya bilməyəcəyi barədə apardığı faşist təbliğatının əsassız olduğunu  və Dağlıq Qarabağ münaqişəsi həll olunan anda Serj Sarkisyan rejiminin ömrünün başa çatacağını 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR