Göyçayda 77 yaşlı piyadanı maşın vurdu

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələn avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Rayonun Potu kənd sakini 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən hərəkətdə olan 23 BB 244 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Güləhməd Cavadov təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.                

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR