Putin Trampı təbrik etdi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq müxtəlif ölkələrin liderlərindən təbrikləri qəbul etməyə başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onu ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putinolub.
Qələbə münasibətilə D.Trampa təbriklərini çatdıran V.Putin iki ölkənin münasibətlərində yaranmış böhranın aradan qaldırılması, habelə beynəlxalq gündəmin aktual məsələlərinin həlli və qlobal təhlükəsizliyinin çağırışlarına effektiv cavab axtarışı istiqamətində birgə işləyəcəklərinə ümidvar olduğunu bildirib.
"Əminəm ki, Moskva və Vaşinqton arasında bərabərhüquqluluq, qarşılıqlı hörmət, biri-birinin mövqeyinin nəzərə alınması prinsipləri əsasında konstruktiv dialoqun qurulması ölkələrimizin xalqlarının və dünya ictimaiyyətinin maraqlarına xidmət edir", - deyə Rusiya lideri qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər