Tramp dünyaya səsləndi: "ABŞ yenidən meydan oxuyan ölkə olmalıdır"

"Bağışlayın, Sizi gözlətdim. Hamınıza təşəkkür edirəm. Rəqibim Hillari Klintondan az öncə zəng gəldi, bizləri təbrik etdi. Mən də onu, özünü, ailəsini, tərəfdarlarını bu çətin kampaniyadan dolayı təbrik etdim. Çox yaxşı və layiqli mübarizə apardı. Hillari Klinton illərlə dövlət vəzifəsində çalışıb. Ona bir təşəkkür borcumuz var". ABŞ prezidenti seçilən Donald Tramp bu sözləri seçkinin nəticələrini qazandıqdan sonra tərəfdarları qarşısında ilk çıxışında deyib.

 

APA TV-nin məlumatına görə, ABŞ-da respublikaçıların, demokratların, tərəfsizlərin bir araya gəlməsinin vaxtının çatdığını bildirib: "Bunu bizdən tələb edən məqamlar var. Mən burdan deyirəm ki, bütün ölkənin, bütün vətəndaşların prezidenti olacağam. Bu marafonda məni dəstəkləməyənlərə səslənirəm. Mən indi sizə əlimi uzadıram, dəstəyinizə ehtiyacım olacaq. Biz bu birliklə irəliləyəcəyik".


Tramp əlavə edib ki, aradığı kampaniya, sadəcə, seçkinin nəticəsi üçün deyildi, bu, milyonlarla çox çalışqan insanın, qadın və kişinin, ölkəsi üçün parlaq bir gələcək qurmaq istəyən insanların aktivliyi idi. Bu, həmçinin ayrı-ayrı irqlərdən ibarət insanların bərabərliyi idi: "Biz bunun müqabilində hamıya xidmət edəcəyik. Biz bərabər çalışaraq xalqımızı yenidən ayağa qaldıracağıq, daha da inkişaf etdirəcəyik. Mən bütün həyatımı iş adamı olaraq yaşamışam. Heç vaxt potensialı olmayan işlərlə maraqlanmadım. İş həyatımdakı bu prinsipimi ölkəmiz üçün uyğun şəkildə həyata keçirmək istəyirəm. Qarşıda isə inanılmaz bir potensial var. Hər şey gözəl olacaq, hər bir amerikalı özünün nə qədər çox potensialı olduğunun fərqinə varacaq. Hər kəsin qabiliyyətindən yararlanacağıq, bunun üçün əla fürsət və imkan mövcuddur".


O, ABŞ-ın bundan sonra bütün sahələrdə birinci olacağını qeyd edib: "Müharibədə iştirak edən və yaralanan hərbçilərimizin əlindən tutacağıq. Bu 18 aylıq yolçuluqda onların bir neçəsi ilə tanış oldum, bir yerdə vaxt keçirdik. Bu, mənim üçün müdhiş bir qürur qaynağıdır".


ABŞ-ın dünyada iqtisadiyyat sahəsində 1 nömrə olacağına əminliyini ifadə edən Tramp bundan sonra bütün ölkələrlə və ən vacibi, ABŞ-la yaxşı münasibət qurmaq istəyən ölkələrlə əməkdaşlıq ediləcəyini deyib: "Heç bir xəyal reallığa çevrilməyəcək deyil. Heç nə bizim çatmağa çətinlik çəkdiyimiz qədər uzaq deyil. Amerikanı təkrar möhtəşəm və ən böyük edəcəyik,  taleyimizi özümüz həll edəcəyik. ABŞ yenidən meydan oxuyan ölkə olmalıdır".


Bütün bunları həyata keçirməyin vacibliyinə toxunan Tramp dünyaya səslənib: "Hər zaman birinci növbədə ölkəmin faydasını düşünəcəyəm, heç bir ölkəyə düşmənçilik bəsləməyəcəyəm".


Tramp uğuruna görə dünyasını dəyişən valideynlərinə təşəkkür edib, həyatdan köçən qardaşını xatırlayıb: "Bacı-qardaşlarıma təşəkkür edirəm, buralarda bir yerdədirlər, çox utancaqdırlar. Qardaşım Robert həm də ən yaxın dostumdur. Böyük və gözəl ailəm var, bu baxımdan  da çox şanslıyam. Həyat yoldaşım Melania, oğlum Dan, qızlarım İvanka, Erik, Tiffani, Beren burdadırlar. Hamınızı sevirəm, sizə təşəkkür edirəm, bu qədər yoruldunuz, heç asan deyil. Şahanəsiniz, mənə böyük dəstək verdiniz. Bizə çox kiçik bir qrup deyirdilər, amma indi baxın, nə qədər çoxuq və böyüyük. Hamınız çox qabiliyyətlisiniz".


Tramp çıxışına "Amerikanı, xalqımı sevirəm" sözləri ilə yekun vurub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR