"Azəriqaz": Bu il 304 çoxmərtəbəli yaşayış binası qazlaşdırılıb
Əhalinin təbii qazla dayanıqlı, etibarlı və təhlükəsiz təmin edilməsi məqsədilə Bakı şəhərində qaz təchizatı şəbəkəsinin yenidən qurulması üçün "Azəriqaz" İB tərəfindən ilkin layihə sənədləri hazırlanıb. Layihəyə əsasən, 10204 müxtəlif diametrli yeni polad-polietilen boruların çəkilməsi nəzərdə tutulub. Təkcə bu ilin 10 ayı ərzində Azərbaycanda 304 çoxmərtəbəli yaşayış binası qazlaşdırılıb.
Bunu APA TV-yə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev məlumat verib.
Onun sözlərinə görə, həmin yaşayış binaları artıq qazla təmin edilib. Qazlaşdırılan 304 yaşayış binasında 8772 mənzilə qaz verilib. Qazlaşdırılma prosesi "Azəriqaz" İstehsalat Birliyinə daxil olan müraciətlər əsasında baş tutub: "Ölkənin mövcud qaz təchizatı sisteminin xeyli hissəsi 1960-80-ci illərdə qurulmuş şəbəkədir. İstehlakçıların dayanıqlı, etibarlı təbii qazla təmin olunması, o cümlədən təbii qaz nəqlinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İB fəaliyyəti dövründə, yəni 2009-2016-cı illər ərzində Bakı şəhərində 4780 km, regionlarda 3904 km daşıyıcı və paylayıcı əsaslı təmir olunub. Hazırda bu sahədə görülən işlər daxili büdcə imkanları hesabına mütəmadi olaraq davam etdirilir. Şəbəkənin istismarının tənzimlənməsi, o cümlədən təhlükə yaradacaq hissələrinin yenilənməsi, dəyişdirilməsi tərəfimizdən davam etdirilir".
Ölkənin 182 yaşayış məntəqəsinin qazlaşdırılması prosesinin başa çatdığını deyən İ.Kərbəlayev bildirib ki, həmin məntəqələrdəki mənzillər artıq qazla təmin edilib: "Hazırda Azərbaycanın 25 rayonunda 78 yaşayış məntəqəsində qazlaşdırılma ilə bağlı tikinti-quraşdırma işləri davam etdirilir. Həmin məntəqələrin əksəriyyətində proses başa çatdırılmaq üzrədir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələri də təbii qazla təmin ediləcək".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər