Mülayim hava şəraiti davam edəcək
Noyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 9-12, gündüz 14-18 dərəcə, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
17:28
987
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
948
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
989
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2058
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2187
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2168