Tramp ABŞ prezidenti seçildi, Klinton məğlubiyyətini etiraf etdi

ABŞ-da prezident seçkilərinin nəticələri məlum olub.

 

APA TV-nin məlumatına görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

 

Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edən Donald Tramp ABŞ-ın 45-ci prezidenti olub.

Hillari Klinton rəqibi Donald Trampa zəng edərək məğlubiyyətini etiraf edib. APA-nın xəbərinə görə, bu barədə CNN agentliyi məlumat yayıb. 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR