Neft sürətlə ucuzlaşmağa başladı - TRAMPIN QƏLƏBƏSİNƏ GÖRƏ

Dünya birjalarında neft ucuzlaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub.


Qərbi Texas markası da dəyər itirib. WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib.

 

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub. Belə ki, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb. Bəzi mütəxəssislər hesab edir ki, D.Trampın tam qələbəsindən ABŞ iqtisadiyyatına ziyan dəyə və neftə olan tələbat aşağı düşə bilər.  

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR