Klinton daha 3 ştatda rəqibini qabaqlayır

ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizədliyi olan Hillari Klinton səsvermənin nəticələrinə görə Konnektikut, Ohayo və Pensilvaniya ştatlarında inamla irəliləyir.   

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  Konnektikut üzrə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Klinton  66,8 faiz, Tramp isə 29,3 faiz səs toplayıb. 

 

Ohayo ştatında səslərin hesablanmış 30 faizinin nəticəsinə görə, Klinton  52 faiz, Tramp isə 44,5 faiz səs toplayıb.

 

Pensilvaniya ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 81 faizi Klintona, 16 faizi isə Trampa səs verib. 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR