İlkin nəticələr: Tramp iki, Klinton bir ştatda liderdir
ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp Kentukki ştatında liderdir. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının ilk nəticələri açıqlanıb.
Hesablanmış 2 min bülletenin nəticəsinə görə, Tramp 79 faiz, Klinton isə 18 faiz toplayıb.
İndiana ştatında bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Tramp 69,3 faiz, Klinton isə 27,5 faiz səs toplayıb.
Donald Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Florida ştatı üzrə də rəqibi demokrat Hillari Klintonu qabaqlayır.
Bülletenlərin hesablanmış 2 faizinin nəticəsinə görə, Tramp 57,7 faiz, Klinton isə 28,3 faiz səs toplayıb.
Qeyd edək ki, Floridada gərgin seçkiqabağı mübarizə aparılıb, keçirilmiş sorğularda üstünlük Klintonda olub.
ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizəd Hillari Klinton isə seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada liderliyi ələ keçirib.
Bülletenlərin hesablanmış 71 faizinin nəticəsinə görə H. Klinton 50,1 faiz, D. Tramp isə 47,2 faiz səs qazanıb.
Ştatın əhalisinin sayı 20 milyon nəfər təşkil edir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər