Tramp seçki məntəqəsində pul payladı - KAMERA GÖRÜNTÜSÜ

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp artıq səsvermə hüququndan istifadə edib.

APA TV-nin məlumatına görə, D. Tramp Manhettenin mərkəzindəki seçki məntəqəsində səs verib.

Milyarder namizədin səsverməsi zamanı maraqlı anlar yaşanıb. Belə ki, səs verdikdən sonra milyarder məntəqədə onunla görüşmək üçün növbə gözləyən azyaşlı ilə səmimi görüşüb və ona pul verib.  Onun bu hərəkəti kameraların obyektivindən yayınmayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR