Yeziddən Kərbəlaya gedən 20 zəvvar faciəli şəkildə öldü

İranın Fars əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  zəvvarları Yezd şəhərindən İraqın Kərbəla şəhərinə daşıyan avtobus Fars əyalətinin İqlid rayonu ərazisində qəzaya uğrayıb.      

 

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR