Bakıda 12-ci mərtəbədə köməksiz qalan fəhlələr xilas edildi
Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, bina 22 ünvanında binanı təmir edən vətəndaşların köməyə ehtiyacı olması barədə FHN-nin "112" xidmətinə məlumat daxil olub. APA TV-nin məlumatına görə, Nizami rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə çıxıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 16 mərtəbəli çoxmənzilli yaşayış binasında asma trosla divar boyu hərəkət edən platformada dayanaraq xarici səthini rəngləyən fəhlələr - 1973-cü il təvəllüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi səbəbindən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar. Mənzil-tikinti kooperativinin əməkdaşları kömək üçün "112" xidmətinə müraciət etmişlər.
Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə, yaşayış binasının 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə hərəkətsiz qalmış platformadan hər iki fəhləni mənzilə qaldıraraq, xilas olunmasını təmin ediblər.
Xilasetmə əməliyyatının sonunda xilasedicilər əməliyyat barədə "112" xidmətinə məlumat verərək, xidməti yerlərinə qayıdıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər