Horadizdə Bayraq günü ilə bağlı tədbir keçirildi
Horadizdə “Bayrağım - varlığım, bəxtiyarlığım” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Dövlət Bayrağı meydanında təşkil olunan tədbirdə Silahlı Qüvvələrin əsgər və zabitləri, bu il aprelin əvvəlində Lələ təpə uğrunda gedən döyüşlərdə şəhid düşən əsgərlərin ailələri, rayon ictimaiyyəti, respublikanın tanınmış incəsənət xadimləri və ölkənin ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak edib.
Çıxışlardan sonra Azərbaycan bayrağının sərgisi təşkil olunub. Sərgidə Atabəylər, Şirvanşahlar, Avşarlar, Gəncə, Bakı Qarabağ xanlıqlarının, bir sözlə Azərbaycan dövlət bayrağının müxtəlif dövrlərdəki nümunələri nümayiş olunub.
Tədbirdə iştirak edən keçmiş döyüşçü Mikayıl Zeynalov 2004-cü ildə Horadiz əməliyyatında iştirak edən döyüşçü kimi bu tarixlə qürur hissi keçirdiyini deyib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər