Trampa səsvermə məntəqəsində etiraz - QADINLAR SOYUNDU

ABŞ seçiciləri növbəti prezidentini seçmək üçün səhər saatlarından sandıq başına keçib.

 

APA TV-nin xəbərinə görə, səs verənlər arasında prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp da olub.

 

Xanım namizəd səsverməyə həyat yoldaşı, keçmiş prezident Bill Klintonla birlikdə gəlib.

 

Respublikaçıların namizədi Donald Tramp da artıq səs verib. Amma Trampın səs verməsi etirazla müşayiət olunub. Nyu-Yorkda 2 qadın üst paltarlarını çıxararaq, seçki məntəqəsinin içində etiraz edib. Hər 2 qadının saxlandığı bildirilir.

 

Qeyd edək ki, ABŞ-da səsvermə başa çatdıqdan sonra artıq nəticələr elan ediləcək. Bir neçə saatdan sonra ABŞ-ın 45-ci prezidentinin adı məlum olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR