FHN-in Qarabağ Regional Mərkəzində Dövlət Bayrağı günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbirdə nazirliyin yüksək vəzifəli şəxsləri, Qarabağ bölgəsində fəaliyyət göstərən müxtəlif strukturlarının əməkdaşları iştirak edib.
Çıxış edən Mərkəz əməkdaşları ötən əsrin sonlarında dünyada və keçmiş Sovetlər Birliyində cərəyan edən ictimai-siyasi proseslərdən söhbət açıb, o vaxt baş verən hadisələrə diqqət çəkiblər.
Ötən əsrin sonlarında dövlətimizin ikinci dəfə müstəqillik qazanmasından bəhs edən natiqlər görkəmli siyasi xadim olan Heydər Əliyevin müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasını, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini minnətdarlıqla qeyd ediblər.
Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı bayrağımıza olan diqqət və hörmətin ifadəsi kimi dəyərləndirilib.
Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov 50 yaşı tamam olan bir neçə əməkdaşı təbrik edib. Nazirliyin rəhbərliyi adından onlara qiymətli hədiyyələr verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər