Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirilə bilər - JEST
"Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşündən əvvəl hər iki ölkə ziyalılarının növbəti görüşünün keçirilməsi təklif olunub".
APA TV-nin xəbərinə görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. O, Azərbaycan Xarici İşlər Nazirliyi ilə bu haqda məsləhətləşmə aparacaqlarını bildirib: “Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl ziyalıların görüşməsinin mümkünlüyündən danışmışdıq. Belə bir görüş məqsədəuyğun olardı. Biz bu işlə uzun illərdir məşğuluq. İstənilən siyasi qərarları qəbul etmək olar, lakin xalqlar bu siyasi qərarların niyə qəbul olunduğunu anlamasa, həmin qərarlar həyata keçməyəcək”.
Erməni tərəfinin təklifə münasibəti barədə sualı cavablandıran M. Şvıdkoyun sözlərinə görə, belə razılığa gəlinib ki, Azərbaycandakı seçkilərdən sonra bu məsələ üzrə məsləhətləşmələr davam etdirilsin.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI