Ağsuda müəllim dəm qazından boğuldu
Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb.
Kənd sakini, 1950-ci il təvəllüdlü Oqtay Abduləli oğlu Abdulhüseynov yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib. Onun meyiti müayinə üçün Ağsu rayon Mərkəzi Xəstəxanasında yerləşən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib.
Qeyd edək ki, Oqtay Abdulhüseynov 42 ildir Qəşəd kənd orta məktəbində müəllim işləyirdi.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
1009
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
971
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1017
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2060
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2190
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2171