OPEK: Neft hər il orta hesabla 5 dollar bahalaşacaq
OPEK nefti bu ildən başlayaraq ildə cəmi 5 dollar bahalaşacaq. APA TV-nin məlumatına görə, bu barədə kartelin yeni illik proqnozunda bildirilir.
Hesablamalara görə, neftin bir barelinin qiyməti 60 dollara yalnız 2021-ci ildə çatacaq. Bu il OPEK neftinin orta qiyməti 40 dollar olub, 2021-ci ildə bu neftin bir barelinin 65 dollar həddinə çata biləcəyi gözlənilir.
Xatırladaq ki, OPEK nefti 14 növdən ibarətdir və adətən “Brent” markalı neftdən 4-5 dollar ucuz olur. Bu il “Brent” neftinin orta qiyməti 44 dollar təşkil edib.
OPEK ekspertləri 2021-ci ilə kimi dünyada neftə olan gündəlik tələbatın 6,2 milyon barel artaraq 99,2 milyon barelə çatacağını proqnozlaşdırır. Bundan başqa, OPEK-ə üzv olmayan ölkələrdə hasilatın azalacağı gözlənilir, bu isə bazara çıxarılan neftin həcminin azalmasına, qeyri-OPEK ölkələrinin kommersiya ehtiyatlarının tükənməsinə səbəb olacaq.
Maraqlıdır ki, OPEK-in ötən il açıqladığı illik proqnozda kartel neftinin qiymətinin 2020-ci ildə 80 dollara çatacağı bildirilirdi.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər