İranlı general İraqda PKK lideri ilə görüşdü
İranlı general Qasım Süleymani PKK liderlərindən Cəmil Bayıkla görüşüb. APA TV-nin məlumatına görə, bu iddianı "Basnews" irəli sürüb.
SEPAH-ın xaricdəki hərbi-kəşfiyyat işlərini görən "Qüds Qüvvələri"nin komandanı iranlı general, Cəmil Bayıkla Süleymaniyə şəhərində görüşüblər. Xəbərdə Süleymaninin Bayıkdan PKK-nın Mosulun azad olunması əməliyyatlarına qatılmasını tələb etdiyi bildirilir.
İddia olunur ki, Süleymani Sincardakı terrorçuların əməliyyata qatılacağı təqdirdə İranın PKK-ya həm maddi, həm hərbi dəstəyi artıracağına söz verib. Eyni zamanda Süleymani Bayıkdan İranın təsir dairəsində olan bölgələrdə PKK-nın daha aktiv olmasını tələb edib.
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü, Kürdüstan Demokratik Partiyasının millət vəkili Şahevan Abdullah isə beynəlxalq koalisiyaya aid qüvvələrinin anlaşmasına görə, PKK-nın Şengal dağından enərək Mosula yönələcəyi halda vurulacağını bildirib.
"Bu sadəcə PKK-ya deyil, "Haşdi-Şabi" içərisindəki qruplara da aiddir", deyə o xəbərdarlıq edib.
Kürd millət vəkili "Haşdi-Şabi", İran və PKK-nın İraqda ortaq bir layihələrinin olduğunu vurğulayıb.
"Bir neçə gün öncə İranın hərbi mütəxəssisləri 20 avtomobillə Mosulun azad olunması əməliyyatındakı cəbhələri ziyarət edib, "Haşdi-Şabi"nin komandirləri ilə görüşüb. İranın şəxsi maraqları və Türkiyə düşmənçiliyi üçün PKK-dan istifadə etdiyi çox açıqdır. PKK-nın "Haşdi-Şabi"dən maddi dəstək aldığını isbat edən sənədlər var".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər