Bu gün ABŞ növbəti prezidentini seçir - KLİNTON, YOXSA TRAMP?
ABŞ bu gün özünün 45-ci prezidentini seçəcək. APA TV-nin xəbərinə görə, prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp sonuncu mitinqini keçirib.
Mitinqlər Şimali Korolina, Pensilvaniya və Miçiqan ştatlarında baş tutub. Əhali qarşısında çıxış edən Klinton əhalini "ümidli, inklüziv, geniş ürəkli Amerikanı" geri qaytarmağa çağırıb. O, son təbliğat-təşviqat günü seçiciləri qarşısına məşhur insanlarla - Bruce Springsteen və Jon Bon Jovi, həmçinin həyat yoldaşı Bill Klinton, prezident Obama və xanımı Mişellə birlikdə çıxıb.
Milyarder namizəd isə FTB-nin xanım Klintonun dövlət katibi işlədiyi müddətdə elektron yazışmaları üçün öz şəxsi elektron ünvanından istifadəsi məsələsinə toxunub və onu "prezidentlik postuna iddialı olan ən korrupsioner adam" kimi təsvir edib. D.Tramp korrupsiyanı dağıtmaq üçün yaxşı şansları olduğunu deyib.
Son səs faizlərinə görə, demokratların namizədi xanım Klinton Trampı 4 faiz qabaqlayır. Rekord sayda amerikalı - 46 milyondan çox seçici artıq səs verib. Hillari Klintonun lazım olan 270 elektoral səsə sahib olmaq şanslarının daha çox olduğu ehtimal edilir.
Siyasi şərhçilər Trampla müqayisədə xanım Klintonu həm Amerika cəmiyyəti, həm də dünya üçün daha yaxşı namizəd hesab edirlər. Qalmaqalı bəyanatları və irqçi çıxışları ilə diqqət mərkəzində olan Tramp həm Amerikanın xarici siyasəti, həm də dünya üçün təhlükə vəd edən siyasi fiqur kimi göstərilir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ilə bağlı praymerizlər bu ilin yanvarından başlayıb. Respublikaçılardan Donald Tramp, Ted Kruz, Jon Kasiç və Marko Rubin mübarizəyə qoşulsa da, sonda Tramp vahid namizəd kimi qalıb. Demokratlardan isə Hillari Klintonla Berni Sanders mübarizə aparsa da, Klinton üstünlük əldə edib.
Qeyd edək ki, seçkilərdə eyni zamanda vitse-prezident, konqresin Nümayəndələr Palatasının heyəti, qubernator və merlər də seçiləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər