Azərbaycanda temperatur 20 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun yarımadada gecə  9-12 dərəcə isti, gündüz 14-17 dərəcə isti, Bakıda gecə  10-12 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR