Astarada keçirilən reyd zamanı 20 sürücü cəzalandırılıb
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları yol-hərəkəti qaydalarını pozan, texniki baxışdan keçməyən, avtomobili sənədsiz idarə edən sürücülərə qarşı reyd keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, reyd avtomobillərin intensiv hərəkət etdiyi şəhərin Heydər Əliyev prospektində reallaşıb.
Reyd zamanı bəzi sürücülərin hələ də yol-hərəkəti qaydalarına düzgün riayət etmədikləri aşkar olunub. Belə ki, qaydaları pozan 50-dən çox sürücü saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokollar tətbiq edilib.
Reyd zamanı həmçinin saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi, sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsinin idarə olunması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, işıqforun qırmızı işığını gözləmədən hərəkət etmə faktları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri saxlanılaraq RPŞ-nin cərimə meydançasına aparılıb.
Astara DYPB-nin rəisi İlqar Rəhimovun sözlərinə görə, ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb. Bununla belə, reydlər mütəmadi olaraq davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər