Balakəndə minik maşını "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

Balakəndə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. APA TV-nin  məlumatına görə, hadisə bu gün səhər saat 07:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonunun Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayonunun Talalar kənd sakini, 1962-ci il təvəllüdlü Bayram Əsəbəli oğlu Xanmədov idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra “KamAZ”ın sürücüsü xəsarət almasa da, "VAZ-21074" markalı avtomobilin sürücüsü Bayram Xanmədov və onun həmkəndlisi olan sərnişinləri - 1964-cü il təvəllüdlü Əmirxan Musa oğlu İsmayılov, 1959-cu il təvəllüdlü Pəri Əsədulla qızı Ömərova, 1958-ci il təvəllüdlü Ramiz Əziz oğlu Şahverdiyev və 1969-cu il təvəllüdlü Reyhan Sabir qızı Murtuzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Balakən RMX-dan APA TV-yə bildirilib ki, yaralılardan Bayram Xanmədov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən keçinib.

 

Digər yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta-stabil qiymətləndirilir. Qəza zamanı ölən və yaralanan həmkəndlilər yeşiklərə xurma yığmaq üçün Zaqatalaya  gedirlərmiş.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR