Dollar və avro bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə artaraq 1,6686 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8424 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq azalma nümayiş etdirib.
Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisinin məzənnəsi isə dəyişməyib. Hazırda 1000 rubl 26 manat 20 qəpik, 100 lirə 52 manat 58 qəpik, 100 lari isə 68 manat 39 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər