Xammal və maliyyə bazarları Klintonun qələbəsinə köklənib, neft bahalaşır

Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir. Son 24 saat ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 45,52 dollar olub, səhər seanslarında isə bu markadan olan neft 46,23 dollardan təklif olunur.

 

Qərbi Texas nefti də axşam seanslarında 44,26 dollardan satılıb, səhər seanslarında isə qiymət 44,85 dollara kimi artıb.

 

Neftin bahalaşma trendinə girməsi göstərir ki, maliyyə və xammal bazarları ABŞ-dakı seçkilərdən sürpriz nəticə gözləmirlər. Bundan başqa, qiymətlərin 50 dollardan aşağı olması ABŞ-da şist neftinin hasilatını səmərəsiz edir. Qiymətlərin bu fonunda şist nefti hasil edən qazma qurğuları bir qayda olaraq azalır və bu, həm də ABŞ-ın neft ehtiyatlarının azalması deməkdir. Treyderlər bu ehtimalı da nəzərə alaraq həftə sonuna kimi neftin bahalaşacağı ehtimalını daha güclü sayırlar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR