“London taksisi” 74 yaşlı kişini vurub öldürdü
Sumqayıt şəhərinin girişində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, TX4 markalı (London Taksi) avtomobil yolu qadağan olunmuş yerdən keçmək istəyən Şahin Museyib oğlu Hüseynxanovu vurub. Nəticədə 74 yaşlı piyada ağır xəsarətlər alıb.
Taksi sürücüsü həyəcanlandığından, yaralı piyadanı hadisə yerinin 3-4 kilometrliyindəki Sumqayıt xəstəxanasına yox, Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. Xəstəxanada ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Şahin Hüseynxanovun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən taksi sürücüsü saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:28
1019
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
981
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1025
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2062
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2191
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2173