Saakaşvilinin xanımı deputat mandatından imtina etdi
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı, “Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib.
APA TV-nin xəbərinə görə, xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
MSK-dan verilən məlumata görə, Sandra Rulofs proporsional siyahı üzrə deputat seçilib. O, “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısında ikinci olub.
MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul edilməlidir. MSK S.Rulofsun yerinə mandat əldə edə biləcək şəxsi - partiya siyahısında 28-ci olan Georgi Qviniaşvilini parlamentə təklif edəcək.
“Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı qazanmışdı.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər