Bərdədə bir həftə əvvəl qidadan zəhərlənən 5 yaşlı uşaq öldü
Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.
Bu barədə APA TV-yə Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, bir neçə gündür vəziyyəti ağır olaraq qalan 5 yaşlı Sübhan bir qədər əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bir həftə əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov, nəvələri 5 yaşlı Sübhan və 8 aylıq Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan ailənin digər üzvlərinin vəziyyəti yaxşılaşsa da, 5 yaşlı Sübhanın durumu ağır olaraq qalırdı.
OXŞAR XƏBƏRLƏR
17:28
1019
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
981
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1025
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2062
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2191
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2173