Qaxda 47 yaşlı qadını maşın vurdu
Qaxda 47 yaşlı qadını avtomobil vurub. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında Qax şəhəri Heydər Əliyev prospektində baş verib.
1995-ci il təvəllüdlü Orxan Eyvaz oğlu Məmmədli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Sədaqət Həzrət qızı Hacıyevanı vurub. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım maşını ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 47 yaşlı qadına dərhal tibbi yardım göstərilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
1019
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
981
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1025
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2062
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2191
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2173