Hərb Tarixi Muzeyində Dövlət Bayrağı günü qeyd olundu

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan dövlətçiliyinin rəmzlərindən olan Dövlət Bayrağının qəbul edilməsinin 98 illiyinə həsr olunmuş “Müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzi olan Bayrağımız” adlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə üçrəngli bayrağın yaranma tarixinə nəzər salıb.

 

Qeyd edib ki, dövlətçilik atributu kimi üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayraq ilk dəfə 1918-ci il iyunun 21-də dövlət bayrağı kimi qəbul edilib. AXC süqut etdikdən sonra bu bayraqdan imtina edilib. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə 3 rəngli dövlət bayrağı dövlət rəmzlərindən biri kimi qəbul edilib.

 

Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatının başlanmasından və nəticədə Milli Dirçəliş gününün başlandığı tarixdən bəhs edib.

 

Ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynova isə Konstitusiyanın yaranma tarixi, zaman-zaman edilən dəyişikliklər barədə ətraflı məlumat verib.  

 

Tədbirdə “Müstəqilliyimizin 3 rəngi” qısametrajlı sənədli filmi nümayiş olunub.  

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR