Nəsimi Nəbizadəyə “Əməkdar jurnalist” fəxri adı verildi

Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir qrup jurnalistə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar mühəndis” Azərbaycan Respublikasının fəxri adları verilib.

 

Təltif olunanlar arasında APA TV-nin xəbərlər şöbəsinin müdir müavini, telekanalın aparıcısı Nəsimi Nəbizadə də var.

 

Həmkarlarımızı təbrik edirik. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR