Türkiyə səfiri: “Millət vəkillərinin həbsinin səbəbi ifadə verməkdən imtina etmələridir”
“Türkiyədə millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. Bütün partiyalardan olan millət vəkillərinin toxunulmazlığı aradan götürülüb”.
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, ifadəyə çağırılan digər millət vəkilləri bu günə kimi gedib ifadə veriblər: “Bu millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. İşlənən günahın cəzası verilməlidir”.
Qərb ölkələrini terrora dəstək verməkdə suçlayan səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniya mühacirət edib: “Onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik. Hesab edirik ki, onun qaytarılmaması Türkiyəyə qarşı münasibətin göstəricisidir. Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər”.
Türkiyə səfiri Azərbaycanın 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibətinin unudulmayacağına da diqqət çəkərək bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib: “Çalışacağım müddət ərzində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam. Qardaşlıq münasibətlərimiz təbii ki, əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə bu anlayışı öndə tutacağam və buna uyğun davranacağam”.
Qeyd edək ki, bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
"Bakıdan 2011-ci ildən ayrıldım və bu il təzədən Azərbaycana qovuşdum. Amma bu dəfə səfir vəzifəsinə gəldim. Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuatdır".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər