Saakaşvili Odessa qubernatorluğundan istefa verdi - POROŞENKOYA SƏRT İTTİHAMLAR

Mixeil Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

APA-nın məlumatına görə, o, bunu “Facebook”da canlı mətbuat konfransında bəyan edib. 

 

Saakaşvili prezident Poroşenkonu Odessada iki klanı dəstəkləməkdə ittiham edib. “Odessa vilayətini Ukraynanın düşmənlərinə təslim edirlər. Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizənin yeni mərhələsinə başlamaq niyyətindəyəm. Elektron bəyannamələr son damla oldu. Bu qudurğan simalar utanmadan bəyan edirlər ki, həm nağd şəkildə milyardları var, həm də dövlətdən sosial yardım alırlar”, - deyə o vurğulayıb. 

 

Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib. 

 

Qeyd edək ki, Mixeil Saakaşvili bu vəzifəyə ötən ilin may ayında Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təyin edilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR