Şəmkirdə ev yerlə yeksan oldu, xəsarət alan var

Şəmkirdə partlayış olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

 

Kənd sakini Akif Əliyevə məxsus evdə baş verən partlayış nəticəsində ev yerlə yeksan olub. Məlumata görə, A.Əliyev bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə kirayədə qalan R.Hacıyev ötən gün saat 16:00 radələrində evə gələrək işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kv. metrdən artıq olan ev tamamilə dağılıb. R.Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR