Bibisi oğlunu öldürüb aylardır gizlənən keçmiş məhkum ələ keçdi

Azərbaycanda qətl törətdiyi üçün axtarışda olan şəxs tutulub. APA TV-nin məlumatına görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ və İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov tutulub.  

 

O, bibisi oğlunu toydan çıxarkən bıçaqla xəsarət yetirib öldürdüyünə görə təqsirli bilinir.

 

Qeyd edək ki, C.Hüseynov bu ilin 6 sentyabr tarixində İsmayıllının Topçu kənd sakini, 40 yaşlı Hikmət Feyzullayevi kənddə toy məclisindən çıxarkən qətlə yetirib və 2 ay ərzində müxtəlif yerlərdə gizlənib. Məlumatda əvvəllər məhkum olunmuş Canbulad Hüseynovun 20 il məhbus həyatı yaşadığı da qeyd edilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR