Temperatur yüksəlir, mülayim havalar başlayır

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun yarımadada gecə 9-11, gündüz 13-17 dərəcə, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

  

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 5-10, gündüz 14-19 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR