Ərdoğan: "Biz seçimimizi etdik, Qərb bizim üçün heç nə etmədi"

"Ölkəmiz artıq bundan sonra qərbdən heç nə gözləmir və problemlərini də özü həll etmək niyyətindədir".

 

APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

 

Türkiyə prezidenti 53 ildir ki, qapısı qarşısında gözlətdiyi Türkiyənin Avropa İttifaqından artıq heç bir gözləntisinin olmadığını da fikirlərinə əlavə edib.

 

"Qərb ölkəmiz üçün yaxşı heç nə etməyib. Belə olan halda 53 ildir Avropa İttifaqının qapısı qarşısında gözləməkdə olan Türkiyə Qərbdən artıq heç nə gözləmək niyyətində deyil". SİTATIN SONU.

Ərdoğan həmçinin görülən işlər və bu günün tələbələrinin sayəsində ölkəsinin istənilən sınaqdan alnıaçıq çıxa biləcəyini vurğulayıb.

"Son üç ildə yaşanan hadisələr fonunda Türkiyə baş verənlərə öz baxışını dəyişib və gedəcəyi yolu müəyyənləşdirib. Bundan sonra başqalarının haqqımızda hansı fikirləri söyləyəcəyi bizim üçün maraqlı deyil", - deyə Ərdoğan əlavə edib.

Sonda prezident xalqın rifahı və ölkənin çiçəklənməsi yolunda fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR