Peşmərgə Başikaya girdi, türk hərbçilər ordadır
Peşmərgə qüvvələri İŞİD terrorçuların nəzarətində olan Başika qəsəbəsinə girib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 3 avqust 2014-cü ildən İŞİD-in əlində olan qəsəbəyə hücum səhər erkən üç tərəfdən başlanıb.
İraq Kürd Muxtar Vilayətinə bağlı qoşun Başikanın Kopan, Tezherab və Ömər Qamçı kəndlərindən qəsəbə mərkəzinə daxil olub və irəliləyiş davam edir. Koalisiya qüvvələrinə aid hərbçilər də arxa cəbhədə kürdlərə dəstək verir.
Xatırladaq ki, türk hərbçiləri mosullu döyüşçülərdən ibarət "Ninova mühafizəçiləri"nə təlim keçmək üçün ötən il Başika bölgəsinə yerləşib. Hərbi baza ilə qəsəbə arasında bir neçə kilometr məsafə var.
OXŞAR XƏBƏRLƏR
17:28
1034
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
994
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1041
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2065
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2195
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2176