Dollar dəyişmədi, avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 4-ü ilə müqayisədə dəyişməyərək 1,6596 manat təşkil edib.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8377 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0674 manatdır. Beləliklə, funt sterlinq də azalma nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 25 manat 80 qəpik, 100 lirə 52 manat 55 qəpik, 100 lari isə 68 manat 39 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR