İmişlidə mağaza yandı

İmişlidə ərzaq malları mağazası yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Ailəvi market”  adlanan mağazada baş verib.
 

Rayon sakini, Nəsirov Vilayət Əlibaba oğluna məxsus ümumi sahəsi 300 kv. metr olan ərzaq mağazasının yanar konstruksiyaları 255 kv. m sahədə və içərisində olan ərzaq malları ilə birgə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

İlkin versiyaya görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Mağaza sahibinə 400 min manat dəyərində ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR